Azərbaycanda Belarus Mədəniyyəti Günləri çərçivəsində «Belmondonun oğurlanması» filmi nümayiş etdirilmişdir

 

Azərbaycanda Belarus Mədəniyyəti Günləri çərçivəsində Belarus kinosu günləri keçirilir.

AzərTAc xəbər verir ki, iyunun 6-da Nizami Kino Mərkəzində "Belmondonun oğurlanması" bədii filmi nümayiş etdirilmişdir.

"Belteleradiokompaniya" "Belarusfilm"in birgə layihəsi olan bu film 2012-ci ildə istehsal edilmişdir. Komediya janrında çəkilmiş filmin quruluşçu rejissoru Nikolay Knyazev, ssenari müəllifi Konstantin Vorobyovdur.

Komediyanın süjeti kübar həyatı yaşayan moskvalı yazıçı Venedikt Bakuninin söz verdiyi romanı vaxtında başa çatdırmaması çıxış yolunu Parisə getməkdə görməsi üzərində qurulmuşdur. Naşirlər isə onu Paris əvəzinə Belarusun bir kəndinə göndərirlər. Komik vəziyyət, eləcə yazıçının Belmondo adlı pişiyini oğurlamaq üçün onun arxasınca göndərilmiş adamların macərası ilə davam etdirilir. Kəndin təbiəti, mənzərəsi, insanlarının müasirliyi heç Parisdən geri qalmır... 

Əsas rollarda Oleq Nesterov, Anna Bondareva, Sergey Juravel, Aleksandr Pankratov-Çyornıy, Anatoli Kot, Andrey Dobrovolski, Yevgeni İvkoviç,  Pyotr Yefimov, Anastasiya Bobrova, Qennadi Davıdko başqaları çəkilmişlər.

Film tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır.

 

Azərbaycan.-2013.- 7 iyun.- S.9.